Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

Kadırov dövlət dumasına çağırış etdi

Öz instaqram səhifəsində Çeçenıstan respublikasının prezidenti Ramzan Kadırov qeydiyyat rəhbərindən tələb edir ki, evlilikdən qabaq cütlüklər HİV (immun çatışmamazlığı) infeksiyasına test keçsinlər. O, bu haqda Dövlət Dumasını sənəd qəbul etməyə çağırıb.

Vəzifədən, sosial və maliyyə vəziyyətindən asılı olmayaraq, həmin qanun Çeçenistan ərazisində 2011-ci ildən qüvvəyə minib. Kadırov bildirib ki, həmin qanun qəbul edilən zaman 95 mindən çox adam HİV infeksiyasına test keçib və bu müddət ərzində HİV infeksiyasının 94 yoluxma halı aşkar olunub. Prezidentin sözlərinə görə, həmin qanun cütlüklər və yeni doğulmuş körpələr arasında infeksiya yayılmasının azalmasına gətirib çıxaracaq. Kadırov əlavə edib ki, Çeçenistan orqanları bu müddəanın həyata keçirilməsi haqqında təcrübəsini bölüşməyə hazırdı.

Dumanın Səhiyyə komitəsi də “Rospotrebnadzor” rəhbəri Anna Popovanın toydan əvvəl HİV lə bağlı məcburi testdən keçmək barədə təklifini dəstəkləyib./ans/
707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber