Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Dünyanın nəhəng neft şirkətləri İrana dönür

İran dünyanın nəhəng neft şirkətlərini ölkənin neft-qaz yataqlarının işlənməsi və inkişaf etdirilməsi üçün dəvət edib

İran dünyanın nəhəng neft şirkətlərini ölkənin neft-qaz yataqlarının işlənməsi və inkişaf etdirilməsi üçün dəvət edib.

İnterAz-ın İsna agentliyinə istinadla verdiyi xəbərə görə, İranın Neft naziri Bijən Zəngənə bildirib ki, Tehran dünyanın nəhəng neft şirkətləri sayılan “Total”, “Royal Dutch Shell”, “ENİ”, “StatOil”, “BP” şirkəti “Exxon Mobil”, “ConocoPhillips” şirkətlərini ölkəyə dəvət edib.

İranın Neft naziri dünən “OPEK”in növbəti iclası çərçivəsində dünyanın bir sıra tanınmış neft şirkətlərinin rəhbərləri ilə bir araya gəlib və ölkəki neft-qaz yataqlarının işlənməsi, genişləndirilməsi və inkişaf etdirilməsi üçün müzakirələr aparıb.

Bildirək ki, İran- “Altılıq” nüvə anlaşmasında İrana tətbiq edilən bir sıra sanksiyalar ləğv edilib və İranda sərmayə qoyan şirkətlərə qarşı bir çox qadağalar götürülüb.
1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56
“Akula Akif