Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

İran: “Bütün qonşularımıza yardıma hazırıq”

İran regiondakı bütün dövlətlərə terrorla mübarizədə dəstək verməyə hazırdır.

Bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif livanlı həmkarı Cebran Basillə görüşü zamanı söyləyib.

Onun sözlərinə görə, hazırda regionda ümumi təhlükələrə qarşı birgə mübarizə üçün imkan yaranıb. Zərif həmçinin İranın Livanın daxili işlərinə müdaxilə etmədiyini də deyib.

Qeyd edək ki, Zərif dünən Livana səfər edib. O, burada Livan parlamentinin spikeri Nabih Beriya, Baş nazir Tamam Salyam və Hizbullahın Baş katibi Həsən Nəsrullahla görüşüb.
691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber