Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

Yunuslar məhkəmədə son sözlərini dedilər

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun bu gün keçirilən məhkəmə prosesində hökm oxuna bilər. Bu barədə BBC Azərbaycana təqsirləndirilən şəxsin vəkili Elçin Qəmbərov deyib. Vəkilin sözlərinə görə, hazırda hakimlər müşavirəyə gedib və bir neçə saat sonra hökm çıxarıla bilər.

Prosesdə müdafiə tərəfi çıxış edərək Yunusların həbsini onların ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildiriblər və müttəhimlərə bəraət verilməsini istəyiblər.

Vəkilin sözlərinə görə, məhkəmədə Leyla və Arif Yunuslar son sözlə çıxış ediblər. Daha öncə prosesdə Arif Yunusun vəziyyəti pisləşib və ona tibbi yardım göstərilib, Arif Yunus prosesi uzanmış vəziyyətdə izləyib.

Təxminən saat 10:30-da başlayan prosesə Almaniya, Hollandiya, ABŞ və Böyük Britaniya səfirliklərinin nümayəndələri və bir neçə jurnalist buraxılıb. Digər media nümayəndələri və müşahidəçilərin zala daxil olmasına icazə verilməyib.

Ötən həftə dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Avqustun 10-da baş tutmuş məhkəmə prosesində isə Leyla Yunus tərcüməçiyə etiraz etdiyinə görə iclas təxirə salınıb./ans/
698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP