Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

Leyla və Arif Yunusa hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. O, həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib./apa/
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13