Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

Kılıçdaroğlu: “İndiyədək bizə koalisiya təklifi gəlməyib”

“İndiyədək bizə koalisiya təklifi gəlməyib. Sadəcə seçim hökuməti təklifi gəlib. Mən Türkiyənin tarixi bir fürsəti qaçırdığını düşünürəm".

Milliyet qəzetinin verdiyi xəbərə görə, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) sədri Kamal Kılıçdaroğlu koalisiya danışıqlarına dair partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

“Davudoğlu bizə 2 təklif edib: qısa müddətli bir seçim hökuməti və ya “biz azlıq hökuməti qursaq bizi kənardan dəstəkləyə bilərsinizmi”, deyə Kılıçdaroğlu qeyd edib .

Kamal Kılıçdaroğlu vurğulayıb ki, Türkiyənin çox ciddi problemləri var, ən azı 4 il müddətinə davam edəcək koalisiya hökumətinin qurulması lazımdır: “Biz bu fikirlərimizi qarşı tərəfin diqqətinə çatdırdıq. Ancaq AKP üç ay ərzində müəyyən məsələləri həll etməyi, proqramı müəyyənləşdirməyi, daha sonra da seçkiyə getməyi təklif edirdi”.

Kılıçdaroğlu ümidsizliyə qapılmağa gərək olmadığını bildirib: “Türkiyə böyük, güclü və öz problemlərini həll etməyə qadir olan ölkədir. Biz xalqın bundan sonrakı təqdirinə hörmət edəcəyik. Əgər AKP hökuməti qura bilmirsə, vəzifəsini təhvil verəcək. Erkən seçkinin yeganə variant olduğunu doğru saymıram. 24 saat siyasət üçün çox uzun müddətdir"./apa/
626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25