Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

Bakıda qətlə yetirilən Göyçay sakininin meyidi 5 gün sonra tapıldı

Bir neçə gün əvvəl itkin düşmüş Göyçay rayonunun sakini 1955 təvəllüdlü İsayev Cavid İsa oğlunun meyidi aşkarlanıb.

Göyçay Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, Samux rayon sakini 1994 təvəllüdlü Hacıyev Akif Səxavət oğlu və Bərdə rayon sakini Quliyev Elvin Rəşid oğlu paytaxtın Beynəlxalq Avtovağzalına gələrək taksi fəaliyyəti ilə məşğul olan Cavid İsayevin "Mercedes" markalı avtomobilinə miniblər.

Yolda maşını saxlatdıran iki sərnişin sürücünü qətlə yetirdikdən sonra Cavid İsayevin üzərindəki 150 manatı götürərək hadisə yerindən uzaqlaşıblar. Avtomobili ehtiyyat hissələrinə ayırıb satmaq məqsədi ilə Ağcabədi rayonuna aparan qatillər qısa müddət sonra həbs olunub.
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber