Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

“ABŞ istədiyi hər şeyi Azərbaycandan alıb”

Zərdüşt Əlizadə: “ABŞ istədiyi hər şeyi Azərbaycandan alıb”
“Seçkidən sonra verdikləri bəyanatlar görüntü xarakteri daşıyırdı”

ABŞ dövlət katibi köməkçisinin Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycan rəsmiləri ilə aparılmış danışıqlardan məmnudur. O, görüşlərin yüksək səviyyədə keçirildiyini bildirib. Səfirliyin məlumatına görə, o, müdafiə naziri Zakir Həsənov, xarici işlər nazirinin müavinləri Araz Əzimov və Mahmud Məmmədquliyev, habelə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla görüşüb.
Dekabrın 5-də axşam bu görüşlərin yekunlarına həsr olunmuş mətbuat konfransında o, gələcək 2014-cü ilin ikitərəfli münasibətlərdə “irəliləyişlər ili” olacağına ümid etdiyini bildirib.
Maraqlıdır bu səfər ölkəmizdə keçirilən son president seçkilərini sərt şəkildə tənqid edən ABŞ hökuməti ilə rəsmi Bakı arasında soyuyan münasibətləri bərpa edəcəkmi?
Moderator-a açıqlama verən politoloq Zərdüşt Əlizadə ABŞ və Azərbaycan arasında heç bir gərginlik yaşanmadığını bildirdi:
"ABŞ ölkəmizdə keçirilən son seçkiləri və cəmiyyətdə olan əhval-ruhiyyəni çox gözəl bilir. Onların seçkidən sonra verdiyi bəyanatlar sadəcə olaraq görüntü xarakteri daşıyırdı. Amerika Azərbaycandan istədiyi hər şeyi alıb.”
1806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24