Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

Türkiyədə PKK hücumları, yaralılar var

Kürdüstan Fəhə Pariyası (PKK) Türkiyənin müxtəlif şəhərlərində terror hücumlarını davam etdirir.

3 şəhərdə baş verən terror hücumları nəticəsində biri əsgər olmaqla 3 nəfər yaralanıb.

Hücumlar Tunceli, Hakkari və Bingöl şəhərlərində baş verib. Terrorçular Tuncelidə partlayıcı yüklü maşınla, Bingöl və Hakkaridə isə raket atan qurğularla təhlükəsizlik qüvvələrinə hücumlar təşkil ediblər.

Tuncelidə 1 PKK üzvü bomba yüklü avtobusla polis məntəqəsinə yaxınlaşaraq avtomobildən düşüb. Az sonra polis məntəqəsinə doğru atəş açıb və ərazidən uzaqlaşıb. Qaçarkən avtobusa quraşdırılan uzaqdan idarə olunan partlayıcı işə salınıb.

Partlayışın təsirindən avtobus parça-parça olub və ətafdakı evlərin pəncərələri sınıb. Xoşbəxtlikdən ölən olmasa da 1 əsgər və 2 sakin yaralanıb.

Bingöldə polis məntəqəsinə hücum edən PKK ilə polis arasında atışma olub. Hücum zamanı raket atan qurğulardan istifadə edilib.

Hakkari şəhəri də PKK-nın hücumuna məruz qalıb. Hücum Yüksekova qəsəbəsində növbədə olan polislərə qarşı təşkil edilib. Ölən və yaralanan olmayıb.
650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:22
Bakıda dəh