Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

Tərtərdə sahibkarlardan «xərac» yığırlar

Müstəqim Məmmədov abadlıq işləri adı altında iş adamlarından pul tələb edir

Tərtərdə yerli iş adamlarından əlavə «xərac» tələb olunur. Bu barədə rayondakı sahibkarlar məlumat veriblər.

Onların bildirdiyinə görə, icra başçısı Müstəqim Məmmədovun tapşırığı əsasında həyata keçirilən proses onları çətin vəziyyətə salıb. Belə ki, müavinlərindən birinin vasitəsi ilə yığım prosesini həyata keçirən icra başçısı həmin vəsaitin rayonda abadlıq işlərinə sərf olunacağını deyib. Və bunu həm də belə əsaslandırıb ki, Avropa Oyunlarından sonra rayona ayrılmalı olan büdcə hələ açılmayıb və nəticədə sıxıntı yaranıb.

Sahibarlar bildirirlər ki, Müstəqim Məmmədovun bu hərəkətləri onları işlərindən soyutmaqla yanaşı, həm də fəaliyyətlərini dayandırmağa məcbur edir. «Çünki ilboyu qazandıqlarımızı bir gündə əlimizdən alırlar. Verməyəndə də başımıza oyun açacaqları ilə təhdid edirlər. Belə çıxır ki, biz qazandıqlarımızın hamısını icra başçısına və ya yerli məmurlara verməliyik»./jam/
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<