Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Gülər Əhmədova apellyasiya şikayətindən imtina etdi

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova apellyasiya şikayətinən imtina edib.

Bunu həbsdə olan eks-deputatın vəkili Əfsər Talıbov bildirib.

Vəkil buna səbəb kimi, şikayətlərinin təmin edilməyəcəyini əsas gətirib.

Ə.Talıbov G.Əhmədovanın səhhətinin hazırda yaxşı olmadığını qeyd edib.

Qeyd edək ki, vəkil mətbuata açıqlamasında Gülər Əhmədovaya oxunan hökmdən apellyasiya şikayəti verəcəklərini bildirmişdi.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlənilən G.Əhmədova dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsidə keçirilən prosesdə hakim Əlisultan Osmanov tərəfindən3 il iş kəsib./azvision/
1824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33