Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

Yumurta və toyuq əti bahalaşdı

Bakı şəhərinin pərakəndə ticarət obyektlərində son bir ayda yumurta və quş ətinin bahalaşması müşahidə olunur.

Report-un bir neçə paytaxt mağazasında apardığı sorğu nəticəsində qiymətlərin artdığı məlum olub.

Mağaza sahibləri bir ay əvvəl yumurtanın bir qutusunu (360 ədəd) 23 manata aldıqları (1 ədəd - 6 qəpik) halda, hazırda bu rəqəmin 37-38 manata (1 ədəd - 10 qəpik) yüksəldiyini bildiriblər. Onlar daha keyfiyyətli yumurtanın ədədini topdansatışdan 10-11 qəpiyə alıb, 12 qəpiyə satdıqlarını vurğulayıblar. Sahibkarlar 1 kq quş ətinin qiymətində isə artımın 20-30 qəpik olduğunu bildiriblər.
1144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45