Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

AİP sədri ilahiyyatçılara başsağlığı verdi

Azərbaycan İslam Partiyasının (AİP) sədri Möhsün Səmədov ilahiyyatçılar Hacı İlqar İbrahimoğluna və Hacı Sərdar Həsənliyə əzizlərinin dünyadan getməsi münasibətilə başsağlığı verib.

Hazırda həbsdə olan partiya sədri Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri (DEVAM) Hacı İlqar İbrahimoğluna anasının dünyadan köçməsi münasibətilə başsağlığı verib, onun kədərinə şərik olduğunu bilidirib:

“Analar müqəddəsdir və o qədər əzizdir ki, heç bir yaş həddində onlardan uzaqlaşmaq, anasız qalmaq istəmir insan. Onların bu dünyadan köçməsi çox ağrılıdır. Əziz İlqar bəyə bu ağrını onunla bölüşdüyümü çatdırın. Allah rəhmət etsin. Ruhu cənəttlik olsun”.

Hacı Mövsüm Səmədov tanınmış ilhaiyyatçı Hacı Sərdar Həsənliyə əziz bacısı oğlunun faciəli şəkildə dünyadan köçməsinə üzüldüyünü bildirib və ona başsağlığı ünvanlayıb:

“Dindar qardaşımız Hacı Sərdarın bacısı oğlunun avtomobil qəzasında dünyasını dəyişdiyini eşitdim. Bu xəbərdən üzüldüm. Allah rəhmət etsin. Bu ağır günlərdə dəyərli qardaşlarımızın acısını bölüşürəm”./İslaminsesi/
737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP