Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

“Hakimiyyət gücünü vətəndaşına göstərməməlidir”

«Tarix boyu repressiv siyasəti gücləndirmək yaxşı nəticələrə gətirib çıxarmayıb»

Hakimiyyətin qarşıdan gələn parlament seçkisini də ənənəvi ssenari üzrə həyata keçirmək niyyətində olduğu açıq formada görünür. Seçki qanunvericiliyi ilə bağlı heç bir islahata getməyən hakimiyyət, əksinə onu daha mürtəceləşdirməyə çalışır.

Bundan başqa hakimiyyət ölkədəki repressiya mühütünü də sərtləşdirməkdədir.

Azadlıq.info-nun müsahibi Nardaran Ağsaqqallar Şurasının sədri, Milli Şuranın üzvü Natiq Kərimovdur. İlk sualımız hazırda cəmiyyətdə hökm sürən ab-hava, hakimiyyətin yürütdüyü sərt repressiya siyasətilə bağlı oldu...

- Repressiyanın gücləndirilməsi müxtəlif istiqamətlərdə baş verir. Sərt siyasət təkcə müxalifət partiyalarına, demokratik düşərgəyə, azad mətbuata qarşı gerçəkləşdirilmir. Hətta iqtidar daxilində də repressiyalar vüsət alıb.

İqtidar daxilində bu addımların atılmasının əsas səbəbi iqtisadi faktordur. Neftin qiyməti əvvəlki illərlə müqayisədə kəskin aşağı düşüb. Hakimiyyət ölkə iqtisadiyyatını neftin üzərində qurmuşdu. Neft azaldıqca, onun qiyməti aşağı düşdükcə gəlir azalır. Az gəlirlə isə əvvəlki idarəetmə sistemini saxlamaq çətindir. Ona görə, hakimiyyət istər daxilində, istərsə də cəmiyyətdə sərt təzyiq siyasəti yürüdür. Bu isə hakimiyyət üçün yaxşı heç nə vəd etmir. Tarix boyu repressiv siyasəti gücləndirmək yaxşı nəticələrə gətirib çıxarmayıb. Ona görə hakimiyyət cəmiyyətdə sərt addımlar atmaq əvəzinə siyasətini ağıl ilə, düşünərək yürütməlidir.

Beynəlxalq və yerli iqtisadçılarla məsləhətləşməli, yaranmış vəziyyətdən çıxış yolları axtarılmalı idi. İnsanları şərləmək, siyasi baxışlarına görə onları həbsə atmaq çıxış yolu deyil. Məhkəmələri bu istiqamətdə alətə çevirmək də ciddi fəsadlar vəd edir.

“Azad sözü sona qədər susdurmaq olmaz”

- Jurnalist Rasim Əliyevin üzləşdiyi fiziki təzyiqlər onun həyatı bahasına başa gəldi. Amma xeyli jurnalistlər var ki, döyülsələr də möcüzə nəticəsində sağ qalıblar. Qəzetmizin əməkdaşı Seymur Həzi, tanınmış jurnalist Tapdıq Fərhadoğlu və başqaları təzyiqlərər məruz qalıb, ciddi bədən xəsarətləri alıblar. Jurnalistlərlə bu cür davranmağa imkan verən mühitin hökm sürməsi nə vəd edir?

- Hər bir halda ölkədə yaranmış bu vəziyyətə görə situasiyanı idarə edə bilməyən hakimiyyət daşıyır. Yəni hakimiyyət öz gücünü vətəndaşına göstərməməlidir. Əksinə hakimiyyət elə siyasət yürütməlidir ki, addımları hamı tərəfindən qəbul olunsun. Azad sözü sona qədər susdurmaq olmaz. Bu qeyri-mümkündür. Hakimiyyətin jurnalistləri hədəf alması təsadüfi deyil. Bunun bir səbəbi var. Jurnalistlər cəmiyyətin eybəcərliklərini üzə çıxarır və reallığı olduğu kimi çatdırırlar. Jurnalistlərin şərlənməsi, müxtəlif böhtanlarla həbsə atılması bu siyasətin nəticəsidir. Bəzi jurnalistlərə qarşı təzyiq isə onların həyatı bahasına başa gəlir. Rasim Əliyevi vəhşicəsinə döymək əlbətdə qəbul edilməzdir. Allah ona rəhmət eləsin.

Hazırda Azərbaycanın vəziyyəti olduqca pisdir. Azərbaycanda idarəçiliyini neft pulları üzərində quran hakimiyyət formalaşıb. Hazırda neft pullarının ölkəyə daxil olması kəskin azalıb. Əvvəlki formada idarəçiliyi saxlamaq üçün hakimiyyət repressiyaları gücləndirməyə məcbur olur. Bu siyasət xalqın hakimiyyətin qarşısında qəti tələb irəli sürənə qədər davam edəcək. Xalq susduqca hakimiyyətin repressiv siyasəti də davam edəcək.

“Seçki deyəndə adamın gülməyi gəlir”

- Ölkənin seçkiyə qədəm qoyduğu zamanda seçki ab-havası duyulmur. Ölkədə əvvəlki sakitlik hökm sürür. Aktivlik yalnız hakimiyyətin yürütdüyü repressiv siyasət də özünü göstərir. Belə vəziyyət seçkilər üçün nə vəd edir?

- Azrbaycanda heç zaman demokratik, qanuna uyğun seçki keçirilməyib. Heç kəs iddia edə bilməz ki, bu müddət ərzində Azərbaycanda beynəlxalq normalara uyğun seçki keçirilib. Amma son zamanlar keçirilən seçkilərə hakimiyyət ümumiyyətlə demokratiya donu geyindirməyib. Hakimiyyətin eyni zamanda beynəlxalq aləmlə münasibətləri getdikcə sərtləşməkdədir. Müəyyən iqtisadi əlaqələr qalır. Amma bu əlaqələr də artıq demokratikləşmənin səvəyyəsindən asılı olacaq.

Ölkə daxilində də durum olduqca gərgindir. Respublikadakı banklar iflas etməkdədir. Bu yaxşı tendensiya deyil. Bunun ciddi fəsadları olacaq. Bütün bu faktorlar, o cümlədən demokratiyanın vəziyyəti seçkiyə təsir edir. Ona görə seçki deyəndə adamın gülməyi gəlir. Insanlar gərək seçkiyə ümid yeri kimi baxsın. Anlasın ki, bu seçkilər dəyişikliyə apara bilər. Amma heç kəs bu seçkilərlə maraqlanmır. Milli Şurada bu şərtlərlə seçkidə iştirakı mənasız sayır.

“Bu cür siyasi kurs insanların hakimiyyətə bütün inamını qırır”

- Hakimiyyət hazırda dünya birliyi ilə qarşıdurma siyasəti yürüdür. Bu cür siyasətin davamı bu iqtidara nə vəd edir?

- Bu cür siyasi kurs insanların hakimiyyətə bütün inamını qırır. Bu isə olduqca təhlükəli yoldur. Daxildə repressiya ilə sabitliyi qorumaq mümkün deyil. Əksinə bu siyasət sabitliyin pozulmasını sürətləndirir. Gücün üzərində qurulan hakimiyyətin, beynəlxalq rəyi nəzərə almadan aparılan siyasət gələcək vəd etmir.

- Bu günlərdə məlum oldu ki, əhaliyə satılan dərman preparatlarının qiyməti qat-qat aşağı imiş. Məhz buna görə, neçə-neçə vətəndaş şəfa tapmayıb. Baş verənə görə məsuliyyət kimin üzərindədir? Bu hala görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdırmı?

- Baş verənlərə görə birmənalı məsuliyyəti hakimiyyət daşıyır. Məhkəmələrdə bu işlər araşdırılmalıdır. Amma hansı məhkəmələr bunu araşdıracaq? Hazırkı sifarişli məhkəmələr bunu etməyə qadir deyil. Ölkədə rüşvətxorluq, inhisarçılıq tüğyan edir. Beynəlxalq Bankın vəsaitləri sağa-sola paylananda bilinmirdi ki, bu vəsaitlər kimə verilir? Neft bumu zamanı pul çox olanda insanların əsl siması görünmürdü. Indi neft pulu azalanda hər şey öz yerinə gəlir.

“Məhkəmələrin sifarişli olması faciədir”

- Məhkəmələrin bu gün sifarişli hökmlər çıxarması hansı fəsadlar yarada bilər?

- Məhkəmələr son nöqtəni qoysa da, bunların arxasında hakimiyyət dayanır. Hakimiyyət sifariş verir, məhkəmədə onları icra edir. Qanunlar bunlar üçün işləmir. Leyla Yunus hakimlərin monitorinqini aparıb, onları ifşa edirdi. Hakimiyyət əqidəli şəxslərin, dini kəsim təmsilçilərinin cibindən narkotik çıxarır. Məhkəmələr də bununla bağlı sifarişli prosesləri aparır. Bütün bunlar bir faciədir. Dünyada bizim məhkəmə sisteminə gülür, onu ələ salırlar.

995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23
Moskva bazarın