Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

21 yaşlı oğlan dənizdə batdı

Xəzər dənizində daha bir nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, avqustun 13-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdlü Abdullayev Ülvi Rauf oğlu dənizdə batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Axtarışlar nəticəsində Ü.Abdullayevin cəsədi avqustun 14-də batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
1068 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP