Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

İlqar Məmmədov həbsxanadan sensasion bəyanat yaydı

Pentensiar Xidmətin təmsilçiləri həbsdə olduğum 2 il yarımdan çox müddətdə səlahiyyətlərinin olmadığına baxmayaraq dəfələrlə heç bir əsas gətirmədən "prezidentin adından və onun tapşırığı ilə” məni hədələmişdilər ki, əfv ərizəsi yazmasam həbsdən sağ-salamat çıxmayacağam. Bu hədəni xususilə polkovnik İmran Tağızadə səsləndirmişdir. Bu haqda bir il yarım əvvəl məhkəmədəki son sözümdə danışmışdım.

Eyni zamanda Avropa Məhkəməsi müəyyən etmişdir ki, məni həbs edərkən hakimiyyətin əsl məqsədi siyasi faəliyyətimə son qoymaq, susdurmaq olub.

Bu amilləri nəzərə alaraq Pentensiar Xidmətin hazırda həbsxanada bütün dustaqları keçirtdiyi rentgen yoxlamasında iştirakdan imtina etdim. Rentgen şualanması təhlükəli alətdir və pis niyyətlə istifadə olunduqda sağlamlığa dərhal müəyyən edilməyən təhlükə yarada bilər. Bundan öncə belə bir yoxlamadan imtina etdikdə heç bir problem yaşamamışdım.

İmtina səbəbi ilə bu gün avqustun 14-də rəis müavini vəzifəsini icra edən Emin Həsənov məni öz otağına çağırıb, rus dilində ən təhqiramiz ifadələrlə təhqir etdi, məni bərk döydürməklə hədələdi və bildirdi ki, "Avropaya satılmış, sən şükür eləməlisən ki, səni vətən xaini kimi həbs etməyiblər”.

Öz növbəmdə mən ona bildirdim ki, təhdiddən doğan potensial risk nəzərə alınmaqla rentgen müayinəsindən etibarlı beynəlxalq ekspertlərin iştirakı ilə keçməyə hazıram.

Bundan sonra Emin Həsənov mənə qarşı dustaqları qaldıracağı ilə hədələdi. Təhdidin gücləndiyini və bunun tək mənim üçün deyil digər dustaqlar üçün də problem yarada biləcəyini görəndə mən razılaşdım ki, yaxşı tanıdığım bir neçə dustağın nəzarəti ilə həmin müayinədən keçim. Amma verdiyim bu təkliflə bağlı heç bir cavab almamışam, rəhbərliklə son görüşdə də ünvanıma təhdidlər səsləndirilib, telefondan istifadə hüququm məhdudlaşdırılıb.

Bir daha xatırladıram ki, mənim sağlamlığımla bağlı cavabdehlik bugünkü hökumətin üzərindədir, səlahiyyəti olan bütün beynəlxalq və yerli təşkilatları təhlükəsizliyimlə bağlı məsələni daim diqqətdə saxlamağa çağırıram./musavat/
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi