Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

Urmiyada törədilən partlayışın terror olması yalan çıxdı

Cənubi Azərbaycanın Urmiya şəhərində baş verən partlayış xəbəri ölkəmizdə də narahatlıq doğurdu. Ölkə mətbuatında yayılan xəbərlərə görə, avqustun 13-də şəhərin Bakiri və Danişkə küçələrində iki partlayış baş verib. İlk partlayışda 1, ikinci hadisə də isə 2 nəfər həyatını itirib.
Lakin “Yeni Müsavat”a daxil olan məlumata görə, yayılan xəbərlər heç də doğrunu əks etdirmir. İranın rəsmi mətbuat orqanları olan “İrna” və “İsna” xəbər agentliklərinin yaydığı xəbərlərdə bildirilir ki, hadisə qeyd edilən tarixdə saat 12-00 radələrində şəhərin Bakiri küçəsindəki kitab dükanında baş verib. Partlayış kiçik əl qumbarası ilə törədilib. Partlayış zamanı kitab dükanın sahibi hadisə yerindəcə dünyasını dəyişib, onun 3 qohumu isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətləri qənatəbəxşdir.
Hadisəni törədən şəxs həbs olunub. Urmiya sakinlərindən aldığımız məlumata görə, hadisəyə səbəb dükan sahibi ilə həbs edilən şəxsin arasındakı mülkiyyət ixtilafı olub.
729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı