Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

"Barselona" darmadağın oldu

İspaniya superkubokunun ilk oyunu keçirilib.

"Barselona" səfərdə "Atletik"in (Bilbao) qonağı olub.

Bilbaoda keçirilən oyunda sensassiya qeydə alınıb. Belə ki, son La Liqa çempionu, İspaniya kubokunun sahibi, Çempionlar Liqasını və UEFA superkubokunu qazanan Kataloniya təmsilçisi darmadağın olub. Avropa Liqasının III təsnifat mərhələsində Bakı “İnter”ini mübarizədən kənarlaşdıran “Atletik” “Barselona”nın qapısından dörd cavabsız qol keçirib.

Komandalar arasında cavab matçı avqustun 18-də Barselonada baş tutacaq.

Qeyd edək ki, "Barselona" və "Atletik" son mövsüm İspaniya kubokunun finalında üz-üzə gəlmiş və Kataloniya təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Bununla belə, qaydalara əsasaən, "Barselona" həm də çempion adını qazandığı üçün superkubok oyunu keçirilir.

14 avqust

İspaniya superkuboku, ilk oyun

01:00. "Atletik" (Bilbao) - "Barselona" - 4:0
Qollar: San Xose, 13, Aduriz, 53, 62, 68
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber