Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

Mosulda böyük bir qəbirdən İŞİD-in xarici ünsürlərinin cəsədləri tapılıb!

Nur-az.com shia-news.com-a istinadən:
İraq Kürdüstan Demokrat Partiyası mətbuat katibi cənab Səid Məmuzini bildirib ki, ötən gün Mosul şəhəri ətrafı bir qəbirdən çoxlu sayda insan cəsədləri kəşf edilib ki, ilkin tədqiqatdan sonra onların əksəriyyətinin İŞİD tərəfindən edam edilən xarici vətəndaşlar olduğu müəyyənləşib. Mosul-Bağdad şossesi kənarında kəşf edilən bu qəbirdə 150-dən çox İŞİD ünsürünün kütləvi dəfni qeydə alınıb. Qəbirin Mosulun cənub qərbində bir çoban tərəfindən tapılıb, məntəqənin əhalisi arasında ifşasından dərhal sonra İŞİD-in məmurları onu həbs ediblər. Bundan qabaq Mosulun şimal qərbində yerləşən Şilalat məntəqəsində də, İŞİD-in 72 nəfərə yaxın xarici üzvünün kütləvi formada başqa bir qəbirdə dəfni qeydə alınmışdı.
716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP