Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

General Qasim Süleymaninin Rusiyaya səfəri ABŞ-ı narahat edib

Nur-az.com shia-news.com-a istinadən:
Amerika xarici işlər nazirliyi tərəfindən general Qasim Süleymaninin Rusiyaya son səfəri BMT-nin İrana qarşı sanksiyalarının pozulması kimi qiymətləndirilib.
New York Times qəzeti bu görüşlərə münasibət bildirərək yazıb ki, Amerika Dövlət Departamenti bunu BMT-nin qətnamələrinə zidd və İranın hərbi rəsmilərinin xaricə səfərinə qoyulan sanksiyaların pozulması hesab edir…
Bu qadağaların İranın nüvə enerjisinin, o cümlədən, ballistik raketlərinin istehsalı ilə əlaqədar qoyulan sanksiyalar çərçivəsində xarakterizə edildiyi bildirilir. 2007-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının tərəfindən verilən bu qətnamə 5+1-lə razılıqlardan sonra ləğv olunmalıdır.
Amerika xarici işlər nazirliyi mətbuat katibi Mark Toner deyib ki, bu haqda Rusiyadan izahat istənilsə də, hələlik açıq bir cavab verilməyib. Onu da qeyd edək ki, bu məsələ hökmən BMT Təhlükəsizlik Şurasında müzakirəyə qoyulacaq və hadisə tam təfərrüatı ilə araşdırılacaq.
New York Times yazır ki, hal-hazırda Qasim Süleymani İranın Suriya və İraqa hərbi yardımlarında komandan rolunu oynayır və həmçinin bəzilərinin fikrincə, hətta Yəməndə husilərin rəhbərliyi ona bağlıdır… Bu səfərdən sonra Konqresin bir sıra üzvləri Vyanadakı razılıqların qüvvədən düşdüyünü deyiblər və Rusiyanın bu rəftarı hətta müzakirələri müsbət qiymətləndirənləri belə çaş-baş salıb. Halbuki Obama müzakirələrdə Rusiyanın rolunu müsbət qiymətləndirmişdi və hətta ötən ay prezident Putinə öz minnətdarlığını bildirmişdi.
Bundan əvvəl Amerikanın xarici işlər naziri Con Keri də, Rusiyanın sanksiyaların birdəfəlik götürülməsinin tərəfdarı olduğunu qeyd etmişdi.
Fox News yazır ki, hələlik Qasim Süleymaninin Rusiyaya səfərinin məqsədi məlum deyil.
1805 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber