Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

Analoqu olmayan səhiyyəmizin Şirvan versiyası-FOTOLAR

Şəhər 2 saylı Uşaq Poliklinikası tibb ocağından daha çox, mal tövləsinə bənzəyir 

Şirvan şəhər 2 saylı Uşaq Poliklinikasının vəziyyəti acınacaqlı deyil, dəhşətlidir. Əldə etdiyimiz fotolardan da aydın görünür ki, hökumətimizin bəh-bəhlə təriflədiyi səhiyyəmizlə onu təmsil edən qurumların durumu eyniyyət təşkil edir. 

Şirvan sakini Sadiq Rəsulzadə bir neçə gün əvvəl sözügedən poliklinikada olub. O, uşağına sağlamlıq arayışı almaq üçün baş vurduğu tibb ocağının mənzərəsini görəndə dəhşətə gəlib. «Əl yumağa, uşaq müayiqə etməyə normal laborotoriyası olmayan bu poliklinika bərbad halda olmaqla yanaşı, həm də antisanitariya mənbəyidir. Bura uşaq gətirib, müayinə etdirmək istəsək onların çıxdıqdan sonra hansı xəstəlik tutacağını belə bilmirik. Ona görə də, səhiyyə nazirindən tələb edirik ki, Şirvan şəhər 2 saylı Uşaq Poliklinikasına gələrək, oradakı vəziyyətlə tanış olsun». 

Xatırladaq ki, hər il səhiyyə sisteminə milyonlarla manat vəsait ayrılır. Yeni-yeni tibb ocaqlarının inşa edildiyi və təmir olunduğu vurğulanır. Amma görünən odur ki, bu təmir-bərpa və yeni tikinti işlərinin Şirvana aidiyyatı yoxdur. Əks təqdirdə, heç inqilabdan əvvəlki dövrdə belə Azərbaycanda bu cür poliklinika olmayıb./jam/







882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı