Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

Blatter: “Platini qardaşımı təhdid etdi”

UEFA-nın rəhbəri Mişel Platini mənim qardaşıma təzyiq edib.

Bunu Niderland mətbuatına açıqlamasında FİFA-nın keçmiş prezidenti Yozef Blatter söyləyib. Onun sözlərinə görə, Platini bunun vasitəsilə FİFA rəhbərliyinə gəlməyə çalışırdı:

“İnsident 29 may tarixində baş vermişdi. Sürixdə FİFA prezidentinin müəyyən edilməsi üçün keçirilən konfransda Platini mənim qardaşıma yaxınlaşıb. O, qardaşıma “Yozefə deyin ki, namizədliyini geri götürsün, yoxsa onu həbs gözləyir” sözlərini söyləyib”.

Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən FİFA-ya rəhbər gətirilib. Bu il mayın 29-da özünün yeganə rəqibi İordaniya şahzadəsi Əli bin Əl Hüseynə qalib gələn Blatter beşinci dəfə FİFA prezidenti olub. Lakin Blatter iyunun 2-də istefa qərarını açıqladı. Bunun ardınca isə FİFA növbəti prezident seçkisini 24 fevral 2016-cı ilə qədər təxirə saldı./axar/
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!