Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

Almaniya “Patriot” raket kompleksini Türkiyədən çıxarır

Almaniya “Patriot” raket kompleksini və 260-a yaxın əsgərini Türkiyədən çıxarır.

Bu barədə Almaniyanın “Spiegel Online” saytı məlumat yayıb.

Məlumata görə, qərar Almaniya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. Qərarın Suriyadan Türkiyəyə heç bir hücum təhdidinin olmamasına görə verildiyi bildirilib.

Sayt ABŞ-ın da oktyabrda Türkiyədən çıxacağını yazıb.

Qeyd edək ki, “Patriot” raketləri 2012-ci ildə Suriya təhlükəsinə görə, NATO çərçivəsində Türkiyənin Qəhrəmanmaraş vilayətində yerləşdirilib. “Patriot” raketləri Türkiyənin hava məkanının təhlükəsizliyini təmin edirdi.

Onu da bildirək ki, Türkiyə iyulun 24-dən etibarən İraq və Suriyada anti-terror əməliyyatları aparır./axar/
766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı