Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

“Azərbaycanda seçkiyə gəlməklə-gəlməmək arasında fərq yoxdur”

“Odur ki, seçkiyə gəlməyənlərin cərimələnməsi mənasızdır”

“Azərbaycanda seçkiyə gəlməklə-gəlməmək arasında heç bir fərq yoxdur. Hakimiyyət neçə faiz istəyirsə, sənədlərdə iştirakçılarla bağlı həmin faizi də göstərir”.
Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. M.Əliyevin qənaətincə, məhz belə olduğu üçün seçkiyə gəlməyən insanlara qarşı cərimə siyasətinin tətbiqi mənasızdır:
“Azərbaycanda hər şey hakimiyyətin iradəsindən asılı olduğu üçün vətəndaşların seçkidə iştirakı, hətta kimə səs verməkləri əhəmiyyətsizdir. Belə olduğu üçün də seçkiyə gəlməyənlərin cərimələnməsi ilə bağlı yeniliyin tətbiqi mənasızdır. Bu cür yenilik yalnız demokratik dövlətlər üçün keçərlidir. Hansı ki, bu cür dövlətlərdə məlum cərimə siyasəti seçki passivliyini aradan qaldırmaq baxımından müəyyən rol oynayır”.
1040 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber