Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

İngilis xüsusi təyinatlıları İŞİD-ə yardım edərkən tutuldu

İngiltərə Hərbi Hava Qüvvələrinə aid 120-dən çox xüsusi təlimli əsgər İŞİD qılığına girərək terror təşkilatına kömək edərkən tutulub.

“Sunday Express” qəzeti SAS (Special Air Service) adlanan birliyə aid əsgərlərin İŞİD-in tərəfində döyüşərkən ələ keçirildiyini bildirib.

Beləliklə də, İngiltərə ilə İŞİD arasındakı əlaqənin olduğu bir daha sübut edilib. ABŞ təyyarələrinin hava hücumlarında SAS komandolarının da hədəf alınması ingilislərin İŞİD-lə əlaqəsini deşifrə edib. Amerikalıları “bizi vurma” deyərək xəbərdarlıq edən ingilislər “İŞİD-ə kömək etmirdik, əksinə İŞİD-lə döyüşürdük” deyərək özlərini müdafiə ediblər.

İŞİD-ə döyüş taktikaları verərkən yaxalanan ingilis əsgərlərində inkişaf etmiş proqramlara sahib, ABŞ istehsalı olan xüsusi UAV kamera sistemlərinin olduğu deyilir.

İddiaya görə, ötən ay Tunisdə ingilis turistlərə qarşı hücumun arxasında da məhz İngiltərənin SBS (Special Boat Services) və SAS qrupları olub./publika/
815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP