Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

Yüzdən artıq hərbiçi intihar edib – UKRAYNADA

Donbasda anti-terror əməliyyatları başlayandan bu yana Ukrayna ordusunun100-dən çox əsgəri intihar edib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib. Məlumata görə, bu günə qədər 136 intihar hadisəsi qeydə alınıb. Lakin ordudakı intihar və depressiya halları haqda rəsmilər heç bir şərh vermirlər.

Döyüşçülərlə kömək edən könüllülər psixoloji diaqnostika və reabilitasiya sisteminin işləmədiyi ilə bağlı həyəcan təbili çalırlar. Onlar bildirilər ki, Ukraynada psixoloji yardım dövlət sistemi yoxdur. Ona görə də, bu məsələ ilə daha çox könüllülər məşğul olurlar.

Qeyd edək ki, bir çox ölkələrdə döyüşlərin aparıldığı bölgədən qayıdan döyüşçülər dərhal evə buraxılmır. Məsələn, Fransada hərbiçilər toplanaraq dincəlmək üçün Kiprə aparılır. Ukraynada isə bu üsuldan istifadə edilmir./publika/
754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber