Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Avqust 2015

Karayılan: “Ərdoğan qumar oynayır”

AKP 24 iyulda PKK-ya hücum etməklə tarixinin ən böyük səhvini etdi.

Bu barədə jurnalistlərə PKK-nın idarə heyətinin üzvü Murat Karayılan deyib. O, PKK-nın sülh üçün hazır olduğunu bildirib:

“AKP 24 iyulda PKK-ya hücum etməklə tarixinin ən böyük səhvini etdi. Prezident Rəcəb Tayyib Ərdoğan qumar oynayır. Dövlət heyəti üç aydır ki, İmralıda Abdullah Öcalanla görüşür. Liderimiz Apoya geri addım atdırmaq istəyirlər. Lakin biz naşı deyilik. Türkiyə Aponun sülh üçün verdiyi əməyi heçə saydı. Biz hazırda özümüzü hücumlardan müdafiə edirik. Qarşı tərəf “sizi məhv edərəm” deyir. Başda Amerika olmaqla, bizə atəşkəs çağırışı edənlərə bunları söyləmək istəyirəm; qarşıdurmaları başladan biz deyilik. Biz sülh üçün çalışırıq. Əgər səmimi və ciddi müzakirə müddəti başlayarsa, biz buna hazırıq”./axar/
833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 08:45