Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2015

Bağdadda silsilə partlayışlar: 24 ölü, 35 yaralı

İraqın paytaxtı Bağdad şəhərində avqustun 15-də törədilmiş silsilə partlayışlar nəticəsində 24 nəfər ölüb, 35 nəfər yaralanıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, partlayışlardan biri şəhərin Həbibiyə rayonunda, ticarət obyektlərinin yerləşdiyi küçədə törədilib. Nəticədə 15 nəfər ölüb, 35 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bağdadın digər bölgələrində törədilən partlayışlar nəticəsində daha 9 nəfər həyatını itirib.
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber