Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2015

Polis rəisinin müavinini güllələdilər

Türkiyə Mersin vilayətinin Tarsus rayonunda növbəti terror hadisəsi baş verib. Tarsus rayonunun Fahrettin Paşa məhəlləsində PKK terror təşkilatının tərəfdarları iznsiz aksiya keçiriblər. Etirazçılar aksiyaya müdaxilə edən edən polislərə atəş açıblar. Tüfənglə açılan atəş nəticəsində Tarsus rayon polis idarəsinin rəis müavini Barış Altındal ayağından yaralanıb. Yaralı hadisə yerinə çağırılan təcili yardımla Tarsus dövlət xəstəxanasına çatdırılıb. Xəstəxanadan Altındalın yarasının yüngül olduğu bildirilib.

İyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə xəbərdarlıq etmişdi.
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02