Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2015

1200 nəfər silahlı Suriya ordusuna təslim olub!

Nur-az.com mashregnews.ir-a istinadən:
Suriya dövlət qoşunlarının əl-Qələmun məntəqəsinin qərbindəki “Həfir əl-fövqa” qəsəbəsində yerləşən silahlı qüvvələrə verdiyi son möhlət başa çatdıqdan sonra (iki gün əvvəl) daxildə qalan 13 nəfərdən ibarət axırıncı qrupu da, özünü təslim edib. Verilən xəbərlərə əsasən, bu son ay ərzində təslim olanların sayı yüzləri ötüb və hətta bir çoxları könüllü xalq qüvvələrinə qoşulub. Hal-hazırda bu qəsəbə tam azad edilib və hələlik sakini yoxdur. Məntəqə üzrə hərbi komandanlığın verdiyi məlumatda indiyədək bu qəsəbədən təslim olanların sayı 1200-i keçir və onların 200 nəfəri “Suriya Azadlıq Ordusu”na mənsubdur. Bu ardıcıl kütləvi təslimolma halları arada gedən bir sıra müzakirələrdən sonra müyəssər olub və eyni vəziyyət ətraf məntəqələrdə yerləşən digər silahlı qruplara da, şiddətli psixi təsir qoyub, hətta bəzi qəsəbələrdəki qruplar dövlət qoşunları ilə sülh müqaviləsi bağlayıblar. Artıq bu xəbərlər terrorist ünsürlərin ictimai şəbəkələrinə də, yol açıb və onlar bu vəziyyətdən olduqca nigarandırlar.
876 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...