Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2015

Nəhayət, Əhməd əl-Əsir tutulub!

Nur-az.com shia-news.com-a istinadən:
Uzun sürən təqib və təftişlərdən sonra, nəhayət, təxribatçı sələfi Əhməd əl-Əsir Livan Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilib. O, öz simasını başqa formaya salaraq saxta sənədlə Misirə yollanmaq istəyərkən “Rəfiq əl-Həriri” adına beynəlxalq aeroportda ələ keçib.

Əhməd əl-Əsir kimdir?

Livan vətəndaşı olan sələfi təbliğatçı Əhməd əl-Əsir Suriyada 2011-ci ildə başlayan böhrandan bu tərəfə ölkədə iğtişaş salan terrorist qrupları tam himayə etməklə özünə dünya informasiya vasitələrində xüsusi ad qazanır. O, hətta 2012-ci ildə Livan Müqavimət Cəbhəsinə qarşı təbliğat kampaniyasına başlayaraq Seyda məntəqəsində bir sıra təxribatların amili olur. Suriyada böhranlı vəziyyət artdıqca, Livanda da, məzhəblər arası təfriqə alovunu qızışdıraraq başına topladığı vəhhabi ünsürlərlə bərabər Seyda məntəqəsindəki polis yoxlama şöbəsinə basqın etməklə 16 hərbiçini həlak edir. Hadisəyə Livan dövlət qoşunlarının şiddətli reaksiyasından sonra Əhməd əl-Əsir fərari olaraq başına topladığı qrupu da, tez bir zamanda dağılır. Livan Ali Məhkəməsi onu silahlı qrupların təşkili, polis məntəqələrinə hücumu, neçə əsgər və zabitin ölümü, bir çox odlu silah və partlayıcı maddələrdən istifadəsində suçlayaraq 28 fevral 2014 tarixli qərarı ilə qiyabi surətdə edama məhkum edir.
1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08