Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2015

İraq İŞİD-ə qarşı hərbi əməliyyata başladı -50 “xilafət”çi öldürüldü

İraqın Səlahəddin vilayətində keçirilən genişmiqyaslı hərbi əməliyyatda 50-ə qədər İŞİD üzvü öldürülüb, iki qərargah sıradan çıxarılıb.

İraq Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda belə deyilir. Əməliyyatın Həşdi əş-Şabi tərəfindən keçirildiyi bildirilən məlumata görə, şiə könüllülərinə yerli aşirətlər də dəstək verib və döyüşlər Elas və Ecil neft yataqlarının həndəvərində gedib.

Qeyd edək ki, bir müddət əvvəl şiə silahlarının cəmləşdiyi Bədr Tuqayının rəhbəri Hadi əl-Əmiri Elas və Ecil neft yataqlarının İŞİD-ə məzar olacağını və bir daha geri qayıtmayacaq şəkildə xilas ediləcəyini demişdi. Bu yataqlarda nəzarətin tam şəkildə ələ alınıb alınmadığı barədə heç bir məlumat verilmir.
790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber