Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2015

Ərdoğanın bu bəyanatı dövlət çevrilişi deməkdir

Ərdoğanın bəyanatı dövlət çevrilişi deməkdir. Bu, Kənan Evrənin xuntasının oxşarıdır. Artıq qanun, Konstitusiya saymır. Çox təhlükəli bir prosesdir.

Bu sözləri CHP lideri Kamal Kılıçdaroğlu Prezident Tayyib Ərdoğanın “istər qəbul edin, istərsə də yox, Türkiyədə siyasi sistem dəyişdi” sözləri ilə prezident idarəçiliyinə eyham vurmasına cavabında bildirib.

Kılıçdaroğlu hesab edir ki, Ərdoğan dövlət çevrilişini legitimləşdirmək arzusundadır:

“Bu siyasətin taktikası belədir; əvvəlcə çevriliş edirsən, sonra onu rəsmiləşdirirsən. Bir adamın iradəsi milli iradə kimi qiymətləndirilə bilməz. Ərdoğan öz iradəsini milli iradə kimi təqdim edir. Biz 1946-cı ildən ölkənin demokratikləşməsi uğrunda mübarizə aparırıq. Ərdoğan isə “siyasi sistem dəyişdi” söyləyir. Ümid edirəm ki, demokratiya üçün təhlükəli olan bu prosesi geridə qoyacağıq”.
794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı