Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

ABŞ Türkiyə sərhəddindən dəstəyini çəkir

Suriyadan potensial hava və raket hücumlarından qorunmaq üçün ABŞ-ın Türkiyəyə göndərdiyi “Patriot” zenit-raket sisteminin xidmət müddəti uzadılmayacaq. Bu barədə avqustun 16-da həm ABŞ, həm də Türkiyə tərəfi rəsmi bəyanat yayıb. NATO-nin dəstəyi ilə 2013-cü ildə Türkiyə-Suriya sərhədi yaxınlığında qurulmuş hava sipərinin xidmət müddəti oktyabr ayında bitir. Bununla belə Pentaqon bildirib ki, ehtiyac yaranarsa ABŞ "Patriot" komplekslərini və şəxsi heyətini bir həftə ərzində yenidən Türkiyəyə qaytarmağa hazır olacaq./ans/
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24