Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Maşınla Kremlə girmək istədi

Bu gün Moskvada naməlum şəxs “Volkswagen Passat” avtomobili ilə yüksək sürətlə hərəkət edərək Kremlə girməyə cəhd edib.

Virtualaz.org “LifeNews”a istinadən xəbər verir ki, insident bu gün günün ikinci yarısında baş verib. Avtomobil yüksək sürətlə hərəkət edərək Kremlin qarşısındakı Borovitski meydanına daxil olub.

Şahidlər bildiriblər ki, həmin vaxt meydanda nəqliyyatın hərəkəti dayandırılmışdı və çox güman ki, hansısa yüksək rütbəli şəxs Kremldən çıxırdı. Sürücü özünü qeyri-adekvat aparıb, polislərin dayanmaq tələblərinə məhəl qoymayıb, meydanda dövrə vurub və Borovutsk qapılarından Kremlin ərazisinə daxil olub.

Patrullar bir neçə dəqiqə sonra sürücünü yaxalaya biliblər, onun avtomobilini iki patrul maşını sıxaraq saxlayıb. Bu zaman polis maşınlarından biri əzilib.
1640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43
Sabah Azərbayc