Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Hakimiyyətin kart biabırçılığı

Metro kartlarının qaytarılması üçün verilən müddət ədalətsizdi

Dəfələrlə yazmışıq ki, bu ölkədə bütün qərarlar, dəyişikliklər, sərəncamlar xalqın ziyanına işləyir. Heç bir situasiyada sadə vətəndaşın maraqları nəzərə alınmır. Ən xırda problemin həlli də vətəndaşın əziyyət çəkməsi, dağa-daşa düşməsi hesabına baş verir.

Indi də yeni metro kartları ilə bağlı problem yaşanmaqdadır. Qeyd edək ki, hələ Tağı Əhmədovun vaxtında “Azadlıq” qəzeti metropolitenin 5 qəpikləri “udması” ilə bağlı yazı dərc etmişdi. Təbii ki, bu yazı reallıqlara əsaslanırdı və insanların şikayəti əsasında dərc olunmuşdu. Amma o zaman günahkarlar, 5 qəpik oğruları kənarda qaldı, əvəzində isə “Azadlıq” qəzeti 30000 manat cərimə ödədi.

Demək istəyirik ki, metropolitendə əndrabadi hallar birinci dəfə deyil. Toxunmaq isdəyimiz məsələ yeni metrokartlarına qoyulan müddətlə bağlıdır. Belə ki, mövcud metro kartlarının girov dəyərinin geri alınması məqsədilə geri qaytarılması avqustun 15-i gecə saat 00:00-dan etibarən dayandırılıb. Sizcə bu müddət ədalətsiz deyilmi?


Metrodan ən çox istifadə edən təbəqə tələbələrdi. Indi isə yay tətilidi tələbələrin əksəriyyəti şəhəri tərk edib, üstəlik ölkə əhalisinin müəyyən hissəsi də rayonlara, qonşu ölkələrə səfər edib. Belə bir vaxtda tələsik qərar qəbul etməyin məqsədi nədir? Hakimiyyət o qədər cılızlaşıb ki, vətəndaşın 2 manatına da tamah salır? Guya, bu müddət sentyabrın axırına kimi qüvvədə qalsa dünya dağılacaq?

Verilən məlumata görə bugünə qədər cəmi 7 min kart təhvil verilib. Biz hələ o haqda danışmırıq ki, bu təhvil-təslim işlərindən nə qədər əlavə pul qazanılacaq.

Necə olur ki, ölkəyə gələn əcnəbilərə pulsuz xidmət göstərən, təyyarə biletlərinə 50 faiz güzəşt edən hökumət öz vətəndaşına növbə çatanda “konkret”lik sevdasına düşür?

Məsələ burasındadır ki, Metropolitenin bu “müdrik” qərarından əksəriyyətin xəbəri yoxdur. Bu isə haqlı narazılığa səbəb olur.

Bir daha aydın olur ki, mövcud kartların girov dəyərinin geri alınması ilə bağlı müddətin avqustun 15- də başa çatması məqsədyönlü şəkildə edilib. Aydın görünür ki, 100 minlərlə insan kartları təhvil verməyə imkan tapmayıb. Hökumətin 2 manatlıq biznesi uğurla başa çatıb.

Ümumiyyətlə, vətəndaşın hüquqlarının məhdudlaşdırılması prosesində hökumətimiz çox operativdi.
748 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:48
Kanada telekanalında il