Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Bakının ən iri ticarət mərkəzi çökür

Son bir neçə ayda «Sədərək»də 400 dükan fəaliyyətini dayandırıb

Azərbaycanda iqtisadi böhran artıq iri ticarət mərkəzlərinin fəaliyyətində özünü göstərməyə başlayıb. “Azadlıq”a daxil olan məlumata görə, Bakının ən iri ticarət mərkəzlərindən olan “Sədərək” bazarı çökmək üzrədir. Məlumatda deyilir ki, icarədarlar bazarı tərk etməyə başlayıb.

Son bir neçə ayda bazarda 400 dükan fəaliyyətini dayandırıb. Məlumata görə, icarədarların bazarı tərk etməsinə səbəb alıcılıq qabiliyyətinin olmamasıdır. “Bütün günü bazarda otururuq, alver yoxdur. Qazanc yoxdur, amma yer pulu veririk. Olan-qalan pulumuz da yer puluna gedir. Ona görə də məcburuq dükanlarımızı təhvil verək”, - deyə “Sədərək”dən çıxan icarədarlardan biri qəzetimizə bildirib.
681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37