Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Lerikdə məscid sökülür?

"Kənd sakinləri tərəfindən göndərildiyi iddia olunan informasiya yanlışdır"

Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində Lerik rayonunun Peştətük kəndində məscidin sökülməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən sərancam verilməsi haqqında informasiyalar yayılıb.

İnterAz-ın məlumatına görə, məsələ ilə əlaqədar islam.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədovla əlaqə saxlayıb. Q.Məmmədov bildirdi ki, kənd sakinləri tərəfindən göndərildiyi iddia olunan informasiya yanlışdır.

Q. Məmmədov əlavə etdi ki, adıçəkilən kənddə tikintisi başa çatmaqda olan məscid kimi təqdim edilən tikili məktəb binası üçün nəzərdə tutlmuş ərazidədir və sadacə özüldən ibarətdir.

Rayon İcra Hakimiyyəti tərəfindən kənd sakinlərinə həmin ərazinin məktəb binasının tikintisi üçün ayrıldığı bildirilib və qanunvericiliyə uyğun olaraq başqa ərazidə məscid tikinitisi üçün müraciət edilməsi təklif olunub.

Q. Məmmədov həmçinin kənd sakinlərinə ibadət evlərinin tikintisi ilə bağlı müvafiq təlimatı və onun izahını verdiyini qeyd etdi. Müsahibimiz onu da əlavə etdi ki, məscidin tikintisinə yalnız müvafiq qaydada rəy alındıqdan sonra başlanıla bilər.
1957 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı