Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Danimarkada məscid kitabxanası yandırılıb

Danimarka paytaxtı Kopenhagen şəhərinin ətrafındakı Nordvesdə məscid nəzdindəki “İslam etiqadı” təşkilatı kitabxanasına hücum edilib.

İnterAz-ın AA-ya istinadla verdiyi xəbərə görə, Növbətçi komissar Henrik Stromer radikal düşüncəli vətəndaşın kitabxana şüşəsini qırdığını və içəriyə tezalışan maddə atdığını söyləyib. Aralarında qadınların və uşaqların da olduğu 40 nəfər dərhal təxliyə edilib. Yanğını söndürmək mümkün olub.

“İslam etiqadı” təşkilatı mətbuat katibi Məhəmməd Nami kitabxanadakı minlərlə kitabı xilas etməyin mümkün olduğunu əlavə edərək hücum baş verməsi faktını təsdiqləyib.

Nami əlavə edib ki, hücum edən şəxs çox güman ki, kitabxananın boş olmasından əmin olub. Lakin yanğın zamanı kitabxanada olan insanlar cəld hərəkət edərək ümumi səylə alovu söndürüblər.

Kopenhagen polisinin məlumatına əsasən, kitabxanada yanğın törətməklə bağlı 35 yaşlı şəxs saxlanılıb.
602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi