Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Salyanda namus üstə qan töküldü

Salyan rayonunda 55 yaşlı kişi öz əmisioğlunu qətlə yetirib. Hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Kürqaraqaşlı kənd sakini 1960-cı il təvəllüdlü Həsrət Alı oğlu Hüseynov aralarında yaranan şəxsi mübahisə zəminində öz əmisi oğlu 1950-ci il təvəllüdlü Şükür Qəşəm oğlu Hüseynovu bıçaqla qətlə yetirib.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisəyə səbəb qısqanclıq olub. Belə ki, öldürülən Şükür Hüseynov Həsrət Hüseynovun həyat yoldaşına söz atıb. Bu haqda xəbər tutan H. Hüsenov əsəbləşərək əmisi oğlunu gilə gəlib. Onlar arasında mübahisə düşüb, nəticədə Həsrət Hüseynov Şükür Hüseynova bıçaqla xəsarətlər yetirib. Aldığı yaralardan Şükür Hüseynov dünyasını dəyişib./ans/
723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber