Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Masallı sakini həkimin qurbanı oldu

Mirfəyyaz Sadıqov tələb olunan 200 manatı vermədiyi üçün qolunun biri əyri birləşdirilib

Ötən ilin oktyabrında Sabirabaddan yas yerindən geri dönərkən qəza keçirən Masallı rayonunun Xıl kənd sakini Mirfəyyaz Sadıqovın qolunun bazu sümüyü qırılır. Hadisədən dərhal sonra Lənkəran Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılan Masallı sakini orada gördüyü mənzərədən ağrılarını belə unudur.

M.Sadıqov bildirir ki, Travmatologiyanın həkimi Rövşən adlı şəxs ondan 1500 manat pul istəyib. «Mən sual etdim ki, başqa çür yolu yoxdur. Dedi ki, imkanın yoxdursa gipsə qoyaram. Gözümün önündə bir-neçə vətəndaşdan ağ xalatlı həkimdən pul alıb iş görən Rövşən həkimi görəndə artıq oradan çıxmaq istədim. Lakin bədənimin ağrısından məcbur olub yanında qalmalı oldum».

Mirfəyyaz Sadıqov yazır ki, o xəstəxanada olduğu dönəmdə aptekdən çoxlu sayda kios, iynə, dərman, bint, langent, spirt, ağrıkəsicilər və sairə aldıqdan sonra qolunu gipsə qoyublar. «Qolumu gipsə qoyduqdan sonra mənə dedi ki, bui şin qiyməti 400-500 manatdır. Ardından da guya, mənə güzəşt edir təbiri ilə qeyd etdi ki, 200 manat versəm məsələni bağlaya bilər».

Masallı sakini qeyd edir ki, həmin vaxt həkimə imkanı olmadığını bildirib. Daha sonra qeyd edib ki, cibində olan 160 manatın 100 manatını dava-dərmana verib. «Cibimdə cəmi 60 manat qaldığını bildirib, onu verəcəyini söylədim. O da cavabında bildirdi ki, qarşıda hələ 2 ay var və hər 10 gündən bir onun yanına getməliyəm. Hər yanına gedəndə də məndən pul istəyirdi və verdiyim 20 manat Rövşəni qane etmirdi. 2 aydan sonra qolumu açıb yenidən aptekdən dəva-dərman aldırdı. Qolumu yenidən gipsə qoydu. Yenidən qolumun əvəzinə, o, mənim bədən nahiyəmi də gipsə qoydu. Mənə yenidən çoxlu dəva-dərman aldırmağımı tələb etdi. Hər dəfə də məni insanlar (ictimai insanlar arasında) arasında pul qopartmaq fikri ilə utandırırdı ki, mən səndən pulu zorla alıram».

Mirfəyyaz Sadıqov qeyd edir ki, sağ qolu yenidən gipsə qoyulanda həkimə bildirib ki, qolunda əyrilik var. «O isə mənə bildirdi ki, elə bir şey yoxdur.. Amma qolumu açdıqdan sonra qolumun əyri olduğunu açıq şəkildə görmək mümkün idi. Qolumun ağrısı hələ də boynuma, kürəyimə vurur. O mənə bildirdi ki, sən bir ay gündəlik qolun üçün masaj həkimi tut və isti su vannası qəbul et. Mən bunları etsəm də heç bir fayda görmədim. Və yenidən məndən böyük qardaşım Əlövsətlə Rövşən həkimin yanına getdik. Qardaşım ona bildirdi ki, doktor mənim qardaşımın əli əyridir. Siz ona nə kömək edə bilərsiniz. O da kobudcasına bizə bildirdi ki, mənim vaxtım yoxdur. Buranı tərk edin. Çünki həmin vaxtda da onun rüşvət aldığını görürdük».

Şikayətçi qeyd edir ki, üstündən yenidən bir müddət keçəndən sonra o, xalası Xatirə xanımla yenidən Rövşən həkimin yanına gedməli olub. «Xalam bildirdi ki, Doktor xəstənin qolunu səhv qoymusunuz. Odur ki, qolu işləmir. Həkim Rövşən bizə bildirdi ki. Siz bilirsiniz ki, mən kiməm. Mənimlə oyun oynamayın. Gedin dərdinizi hara deyirsinizsə deyin. Və qolumu şikəst etdiyi xəstəsinə sonunda öz yumuruğunu atarkən sağ olsun xəstəxananın adını bilmədiyim növbətçi polis əməkdaşı məni Rövşən həkimdən qurtardı. Və məni təhqir edə-edə xəstəxanadan çölə çıxartdı».

Mirfəyyaz Sadıqov sonda səhiyyə naziri Oqtay Şirəliyev və dövlət başçısı İlham Əliyevə müraciət edərək, onlardan yardım istəyib./jam.az/
706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22