Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

Prezident Administrasiyası qarşısında özünü yandırmaq istədi

Avqustun 17-də bir qadın Prezident Administrasiyasının binası qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib.

"Azadlıq" radiosunun məlumatına görə, qadının bu cəhdinin qarşısı alınıb və hazırda kimliyi dəqiqləşdirilir.

Bundan başqa, Prezident Administrasiyasına vətəndaşların qəbul saatında gələn şikayətçilərlə polis arasında qarışıqlıq yaşanıb. Qəbula gələnlər şikayətlərini lazımi ünvana çatdıra bilmədiklərini bildiriblər.

Özünü yandırmaq istəyən qadın da hərəkətini qarşılaşdığı haqsızlıq və dövlət qurumlarının onu qəbul etməməsi ilə izah edib. Bildirib ki, məhkəmə oğlu ilə bağlı ədalətsiz qərar çıxarıb, şikayəti də bu barədədir.

Özünü yandırmasının qarşısı alınandan sonra qadın huşunu itirib. Ona və səhhətində problem yaranan daha bir qadına tibbi yardım göstərilməsi üçün olay yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

Təxminən 100-ə yaxın şikayətçi Prezident Administrasiyasının binası önünə fərdi qaydada, hərə öz şikayəti ilə bağlı gəlib.
670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber