Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2015

PKK dəhşətli silahlar ələ keçirdi

Almaniyanın İŞİD-ə qarşı savaşda peşmərgəyə yardım məqsədiylə verdiyi silahlar PKK-nın əlinə keçib.

Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Mətbuatın məlumatına görə, PKK-nın əlinə keçən silahlar arasında “Milan” tank əleyhinə raketlər mövcuddur. Bundan başqa, PKK DM51A1 qumbaralarına da yiyələnməyi bacarıb.

“Milan” tank əleyhinə raketləri 1970-ci ildə Almaniya və Fransa tərəfindən yaradılıb. Bu raketlər 2000 metrə qədər məsafədəki tankları və helikopterləri məhv etmək qabiliyyətinə sahibdir.

Qeyd edək ki, Almaniyanın “Şpigel” jurnalı da bir müddət əvvəl Berlinin İraq Kürd Muxtar Vilayətinə göndərdiyi silahların PKK-nın əlinə keçə biləcəyi haqqında informasiya yaymışdı. Jurnal bu şəraitin İraqdakı gərgin vəziyyət ucbatından yaranacağını bildirmişdi./axar/
487 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52