Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Bakıda şagirdlər etiraza qalxdı, direktor qaçdı - Video

Bakının Nərimanov rayonundakı 177 saylı məktəbin şagördləri direktor dəyişikliyinə etiraz əlaməti olaraq dekabrın 6-da etiraz aksiyası keçiriblər. Şagirdlər “Azadlıq” qəzetinin hadisə yerində olan əməkdaşına bildiriblər ki, məktəbə Həqiqət Məmmədova adında yeni direktor təyin ediblər. Şagirdlər və müəllim heyəti isə bununla razılaşmır və yeni direktor təyin edilirsə, bunun dərs hissə müdiri Afilə Cəfərova olmasını istəyirlər.

Əməkdaşımız şagirdlərin etirazı qarşısında yeni təyin olunan direktorun və onu təqdim etmək üçün gəlmiş Bakı Təhsil İdarəsi işçisinin məktəbi necə tərk etdiyini lentə alıb.

Apa-nın hadisə barədə yaydığı xəbərdən aydın olur ki, yeni direktorla birlikdə məktəbdən qovulan BTİ-nin aparıcı məsləhətçisi Xəyyam Fərəcov olub. O, agentliyə açıqlamasında bildirib ki, məktəbin direktoru Əqidə Məmmədova öz ərizəsi ilə məzuniyyətə getmək istədiyini bildirib. Bundan sonra o, məzuniyyətə göndərilib və Təhsil Nazirliyinin müvafiq əmri ilə 60 saylı məktəbin direktoru Həqiqət Məmmədova 177 saylı məktəbdə direktorun vəzifəsini müvəqqəti icra etmək üçün təyin edilib. Lakin həmin direktorun məktəbə daxil olmasına imkan verilməyib.

Bakı Təhsil İdarəsi də məktəbdə baş verən etiraz aksiyasına rəsmi münasibət bildirib. İdarədən Lent.az-a verilən məlumata görə, 177 nömrəli məktəbin direktoru Həqiqət Şahbaz qızı Məmmədova növbəti əmək məzuniyyətinə çıxdığı üçün həmin vəzifənin icrası Həqiqət Qarayevaya həvalə olunub.



1847 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP