Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

İstanbul polis rəisinin müavini həbs olundu

Yolda mübahisə etdiyi motosikl sürücüsünü xidməti tapançası ilə öldürən İstanbul polis idarəsinin rəis müavini Cəlal Yılmaz həbs olundu.

Yılmaz ötən gecə saat 01.00-də polisin 155 qaynar xəttinə zəng vuraraq bir nəfəri güllələdiyini deyib. Silahı ilə birlikdə polisə təslim olan Cəlal Yılmaz hadisənin özü kimi polis olan həyat yoldaşı ilə birlikdə evə gedərkən baş verdiyini deyib.

Evə gedərkən yolda naməlum motosikl sürücüsü ilə mübahisə etdiyini deyən Yılmaz həmin şəxsin onu yaşadığı xidməti polis evinə qədər təqib etdiyini bildirib. Yılmazın iddiasına görə motosikllı şəxs onu hədələyərək hadisə yerindən uzaqlaşıb və avtomobilini park edərkən yenidən qayıdaraq silah çıxarıb. Rəis müavini o anda həmin şəxsi öz silahı ilə vurduğunu deyib.

Qeyd edək ki, motosikl sürücüsü Əhməd Sülüşoğlu hadisə yerində dünyasını dəyişib və onun çıxardığı silahın idman tapançası olduğu məlum olub. Cəlal Yılmaz məhkəmənin qərarı ilə həbs olunub, faktla bağlı araşdırmalar davam edir./ans/
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı