Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Pakistanda 50 talib öldürüldü

Pakistanın Şimali Vəziristan əyalətində hava zərbələri nəticəsində azı 50 “Taliban” qruplaşmasının üzvü məhv edilib.

BBC-nin verdiyi məlumata görə, bu barədə Pakistan ordusunun rəsmiləri bildirib.

Məlumata görə, həmçinin qruplaşmaya məxsus silah-sursat anbarı məhv edilib.

Pakistanın hökumət qüvvələri 2014-cü ilin iyunundan Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində taliblərə qarşı əməliyyat aparır. Bu müddət ərzində, rəsmi məlumatlara əsasən, 3 minə yaxın “Taliban” üzvü öldürülüb.
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...