Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Zaqatalada diş həkiminin evinə silahlı basqın edilib

Bu gecə silahlı dəstə Zaqatalada diş həkimi işləyən şəxsin evinə basqın edib.

Hüquq-mühafizə orqanları bildirir ki, rayonun Danaçı kəndində yaşayan diş texniki 61 yaşlı Qurban Qurqunayevin evinə basqın edən 3 nəfər naməlum maskalı şəxs ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb ediblər.

Basqınçılar evdən 50 min manat, 30 min ABŞ dolları, 700 min Rus rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar.

Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində əməliyyat qrupu yaradılıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Qurqunayev bu gün səhər Zaqatala Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. O, hazırda həkim nəzarəti altındadır./azxeber/
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı