Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Rus generalı: “Rusiya böyük savaşa mütləq başlayacaq”

“Donetsk Xalq Respublikası”nın terrorçularının rəhbəri Aleksandr Zaxarçenko Minsk razılaşmasının ləğv olunması haqqında bəyanatını Rusiyanın icazəsi olmadan söyləyə bilməz.

Bunu Ukrayna mətbuatına açıqlamasında Ukrayna ordusu Baş Qərargahının keçmiş rəisi general Anatoli Lopata söyləyib. Onun sözlərinə görə, Zaxarçenko sadəcə Rusiyanın mesajını Ukraynaya çatdırır:

“Bizim genişmiqyaslı müharibənin başlayacağı ilə bağlı heç bir şübhəmiz olmamalıdır. Bu, əvvəl-axır olacaq. Lakin bunun məhz avqust ayında olacağını söyləmək çox çətindir. Unudulmaması gərəkən bir məqam var. Rusiya hələ də bütün Ukraynanın təsir dairəsinə salınması planından əl çəkməyib”.
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber