Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

"Qızımı onlar öldürdülər"

Bir neçə gün bundan öncə Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasında 1991-ci il təvəllüdlü Xatirə Abbaslı doğuş zamanı dünyasını dəyişib.

Mərhumun anası və qohumları xanımın ölüm səbəbini həkim səhlənkarlığında görür. Deyir ki, qızı Xatirə doğuşdan öncə həkimlərin nəzarətində olub. Və onda heç bir xəstəlik müşahidə edilməyib.

Amma avqustun 8-dən 9-na keçən gecə valideynləri Xatirədən nigaran qalıb. Onun ölümünü həkimlər yaxınlarından gizlədib.

“Xatirə telefonda mənə dedi ki, mədəm ağrayır, qızdırmam var. Bundan 10 dəqiqə sonra həkim aşağı düşdü və mənə yaxınlaşıb soruşdu ki, Xatirənin antibiotikə qarşı allergiyası var? Bəli cavabını verdim. Məhz Xatirənin damaq badamcıqlarını (qlanda) kəsdirən zamanı ona iynə vurmuşdular, iynədən bədəni səpmişdi. Bu səbəbdən də əməliyyat iki saat təxirə salınmışdı”, – deyə mərhumun anası Sevil Abbasova bildirib.

“Həkim bizə gah dedi ki, Xatirənin qaraciyəri bərbad vəziyyətdə olub, gah da dedi ki, başında şiş vardı. Xatirənin bir dəfə də olsun nə başı ağrayıb, nə də təzyiqi qalxıb. Xatirə 9 ay həkim nəzarəti altında olub”, - deyə mərhumun qohumu Turac Abbasova qeyd edib.

Xoşbəxtlikdən doğuş zamanı uşaq sağ qalıb. Körpəyə anasının istəyilə Rəsul adı verilib. O, artıq xəstəxanadan da çıxarılıb.

Baş vermiş hadisə ilə əlaqədar 3 saylı şəhər klinik xəstəxanasının doğum şöbəsinin müdiri Arzu babayeva bildirdi ki, doğuş prosesi normal keçib. Sadəcə gənc ana palataya keçiriləndən sonra problemlər yaranıb:

“Doğuşdan sonra ananın səhhətində pisləşmə baş verdi. Pisləşmə müşahidə edildikdən sonra dərhal reanimatoloji biriqada çağırdıq. Ona göstərilən tibbi yardımlara baxmayaraq xilas etmək mümkün olmadı”.

Baş vermiş hadisə ilə əlaqədar Səhiyyə Nazirliyində araşdırma aparılır.

Hazırda Sabunçu Rayon Prokuroluğunda Xatirə Abbaslının ölümü ilə əlaqədar cinayət işi başlanılıb./ans/
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı