Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Putin dünyaya meydan oxuyur - Qərbə 700 milyard dollarlıq zərbə

İngiltərənin Bow Group analitik mərkəzi Ukrayna böhranı səbəbindən Rusiyaya tətbiq olunan sanksiyaların Qərb ölkələrə 700 milyard dollara başa gələcəyini açıqlayıb.

Hazırlanan hesabata görə, Rusiyaya qarşı sanksiyalar 120 milyard avro birbaşa itkiyə səbəb olacaq. Məruzədə iqtisadi zərərin isə 326 milyard avro olacağı açıqlanıb. Şərqi Avropa və ümumən bütün Avropada sanksiyalar 2 milyon adamın işsiz qalmasına səbəb olacaq.

Hesabata görə, Rusiyanın AB ölkələri banklarına olan 147 milyard dollar borcu da sanksiyalar səbəbindən risk altındadır.

Bow Group-un rəhbəri Ben Harris Quinney sanksiyaların İngiltərə və bütün Avropa Birliyi ölkələrinə təsirinin böyük olacağını deyib. İngilis araşdırmaçı Kuba və İranla yaşanan yumşalma dövrünü nümunə göstərərək, iqtisadi zərərin aradan qaldırılmasının çətin olacağı barədə xəbərdarlıq edib.
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı